Azerbaycan Haberleri
Lefkoşada Türk Dünyası Basın Birliyi Yaradıldı
29 Aralık 2009 Salı 17:16                         1264 kez okundu.
“ Azərbaycanın KİV rəhbərlərinin Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatdı. Azərbaycanın bir qrup KİV rəhbərinin Türkiyəyə və Quzey Kıbrıs Türk Cümhuriyyətinə (Şimali Kipr) səfəri yekunlaşmaqdadır. „
Azərbaycanın KİV rəhbərlərinin Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatdı. Azərbaycanın bir qrup KİV rəhbərinin Türkiyəyə və Quzey Kıbrıs Türk Cümhuriyyətinə (Şimali Kipr) səfəri yekunlaşmaqdadır.
 
Dünən KİV rəhbərləri səfər proqramı çərçivəsində QKTC-nin baş naziri Dərviş Eroğlu ilə görüşüblər. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin verdiyi məlumata görə, baş nazirlə görüş ölkənin parlament binasında keçirilib: "Kıbrısın gündəmi olduqca sıxdır. Hazırda gələn ilin dövlət büdcəsi müzakirə olunur. Bütün hökumət sabah açılandan gecə saat 12-yə qədər Məclisdədir. Qızğın, gərgin, hətta deyərdim ki, çox əsəbi müzakirələr keçirilir.
 
Bu arada cənab Dərviş Eroğlunun bizə vaxt ayırması da diqqət və hörmət nümunəsidir. Kıbrısın baş nazirilə hər şeydən danışdıq. Dağlıq Qarabağ problemindən tutmuş, Kıbrıs sorunu və dünyadakı bu problemlərlə ilgili gəlişən konyukturlara qədər... Bizə bir daha aydın oldu ki, Kıbrıs ciddi hakimiyyət böhranı yaşayır. Seçimləri qazanaraq, bu ilin may ayından hökuməti quran Ulusal Birlik Partiyası ilə (lideri Dərviş Eroğlu) Cümhuriyyətçi Türk Partiyası (lideri prezident Mehmet Əli Tələt) bir-birilə anlaşa bilmir. Ən xırda problemlərdən tutmuş, strateji məsələlərə qədər, ciddi fikir ayrılıqları var. Dərviş Eroğlu bunu da bizlərlə açıqca paylaşdı. Həm də o, bizim vasitəmizlə Azərbaycan xalqına və iqtidarına salamlarını və mesajlarını da çatdırdı. O qeyd etdi ki, Qarabağ münaqişəsinə görə Azərbaycanın ŞKTC-ni rəsmən tanıya bilmədiyini anlayırlar, amma iki ölkə arasında iqtisadi, ticari əlaqələrin genişləndirilməsinə ehtiyac var".
 
Elçin Mirzəbəyli vurğuladı ki, gələn ilin aprelində QKTC-də prezident seçkiləri keçiriləcək. Burada əsas iddiaçı kimi prezident Mehmet Əli Tələtin və baş nazir Dərviş Eroğlunun adı keçir: "Şimali Kiprin qurucusu, sabiq prezident Rauf Denktaşla görüşəndə bizə dedi ki, qarşıdakı seçimlərdə Dərviş Eroğlunu dəstəkləyəcək. Bu da Mehmet Əli Tələtin şansını xeyli azaldır. Bu ilki parlament seçkilərini uduzması da göstərir ki, indiki prezidentə xalq etimadı azalıb və o, qarşıdakı seçkiləri uduza bilər".
 
KİV rəhbərləri Quzey Kıbrıs Türk Cümhuriyyətinin Dış Basın Birliyi (Xarici Mətbuat Birliyi) ilə bir ilkə də imza atıb. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin təklifilə Türk Dünyası mətbuat orqanlarının, jurnalistlərinin ortaq təşkilatının yaradılması haqda müzakirə başlayıb. Müzakirələr nəticəsində Bakıdan gedən KİV rəhbərlərilə Kıbrısın Dış Basın Birliyi ortaq təşkilat - Türk Dünyası Basın Birliyi - təsis ediblər. Beynəlxalq statuslu bu Basın Birliyinin təsisi təntənəli imzaatma törənilə həyata keçirilib. Azərbaycan mətbuat nümayəndələri adından bu sənədə KİV rəhbərləri imza atıblar. Qarşı tərəfdən isə sənədi Dış Basın Birliyi başqanı Fevzi Tanpınar imzalayıb. Dünya Türk Basın Birliyinin quruluş protokolunda göstərilir ki, bu birlik dünyadakı analoji türk qəzetçi qurumlarını öz sıralarında birləşdirməyə çalışacaq, qarşılıqlı informasiya mübadiləsi aparacaq, jurnalist təhsili və başqa sahələrdə də əməkdaşlıq edəcək. Birliyin ilk konfransının gələn ilin yazında Kıbrısda keçirilməsi planlaşdırılır.
Bundan sonra KİV rəhbərləri QKTC-nin BRT dövlət televiziyasında olublar. Bu tele-radioqurumun rəhbəri Özer Kanlı "Bayraq" TV-nin tarixi və bugünkü fəaliyyəti barədə həmkarlarına məlumat verib, televiziyanı gəzdirib.
 
Bununla da Azərbaycanın media rəhbərlərinin 9 günlük Türkiyə və Kıbrıs səfəri başa çatdı. KİV rəhbərləri bu gün axşam Yavru Vətəndan Ana Vətənə dönəcəklər.

Bu sitede yer alan bilgiler www.IGDIRLI.com adresi kaynak gösterilmeden kullanılamaz. Tüm hakları Telif Hakları Yasası'nca korunmaktadır. Yazıların sorumluluğu yazarlarına aittir.
Igdir Reklam verin
geri
geri
Araçlar
Copyright © 2012 Iğdırlı Medya Grubu Tüm hakları saklıdır.
IĞDIRLI.COM Yerel Haber, Analiz, Fotoğraf ve Video Portalı.