Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını tələb edənlərdən xeyli sayda vətəndaş Azərbaycan Milli Hökumətinin 64-cü ildönümü ərəfəsində həbslərə məruz qoyulmuşdur. Xəbərlərə görə, həbslər 21 Azərdən (dekabrın 12-dən) 3-4 gün öncə başlasa da, bununla bağlı xəbərlər ötən həftənin əvvəlindən etibarən yayılmağa başlayıb. Mustafa Əvəzpur, Hidayət Zakiri, Əhməd Vəlayi, Cəlal Məhəmmədi, Məhəmmədrza Məhəmmədxani, İbrahim Asimani və İsa Qurbanəlizadə ETTELAAT Təbriz şöbəsinin əməkdaşları tərəfindən dekabrın 11-də saxlanıblar.
Həbsə məruz qoyulanlardan Səid Çələbianlu, Rza Gərdani, Camal Təsudian, Bəhram Behimi tutularaq bəlli olmayan istiqamətə aparılmışdır. Milli Hökumətin yarandığı gün Təbriz və Güney Azərbaycanın digər şəhərlərində hərbi-polis rejimi gücləndirilib. Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını tələb edənlərin mənzillərində qanunsuz axtarışlar aparılıb.
Təbriz səmasını boyayan üç rəng
Çeşidli basqılara baxmayaraq, heysiyyətli türk gəncliyi ayrı-ayrı evlərdə Milli Hökumətin yarandığı günü sayğı ilə qeyd edib, türkün tarixinə belə bir günü yazanlardan danışıb, şeirlər oxuyub, Azərbaycan mahnılarının sədaları altında şənliklər düzənlənib. Axşam isə üzəri üç rəngə (göy,qırmızı, yaşıl) boyanmış, üstünə "21 Azər" yazılmış çoxlu sayda üfürülmüş şar Təbriz səmasını bürüyüb. Bəzi küçələrdə həmin gün Azərbaycanın üçrəngli bayrağı da dalğalanıb.
Həftənin sonunda isə... Azərbaycan türk gəncliyindən 6 təəssübkeşə 91 gün həbs, 30 şallaq cəzası verilib. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkakpur bu haqda "Azadlıq" radiosuna müsahibəsində deyib, təəssübkeşlərə verilmiş cəzanın icrası iki müddətə təxirə salınıb. Başqa sözlə, əgər bu müddət ərzində onlar siyasi proseslərə qoşulmasa, təyin olunmuş cəzanın icrasına xitam veriləcək.
Hüquq müdafiəçisinin sözlərinə görə, onlar bu il İranda keçirilən prezident seçkisi ərəfəsində prezidentliyə namizəd Mirhüseyn Musəvi Təbriz stadionuna gələrkən, onun tərəfdarı Məhəmməd Xatəminin əleyhinə şüarlar səsləndiriblər. Həmin təəssübkeşlərin belə davranmasına səbəbsə Xatəminin azərbaycanlılarla bağlı "zarafat"ı olub. Videoyazı şəklində yayılmış bu "zarafat"a görə, azərbaycanlılar Xatəminin Azərbaycan xalqından üzr istəməsini tələb etmişdilər. İranın keçmiş prezidenti üzr istəmədi, əvəzində bunun qurama və ona qarşı təxribat olduğunu bildirdi. Hakimiyyət isə onları asayişi pozmaqda günahlandıraraq həbs etdi...
Həkkakpur və Kamrani nələrdən söz açır?
Həkkakpur deyir ki, azərbaycanlı fəallar həbsdə saxlandıqları 9 gün müddətində işgəncələrə məruz qalıblar: "Əslində isə onlar dil azadlığı və digər milli haqları tələb etdiklərinə görə tutulublar. Tutularkən 9 gün saxlanıldıqları zindanda işgəncəyə məruz qalıblar.
S.Sədrədd