Azerbaycan Haberleri
Azərbaycan Ordusu və Cəmiyyəti Hazır Olmalıdır"
29 Aralık 2009 Salı 17:56                         379 kez okundu.
“ Azərbaycan prezidenti: "İqtisadi və hərbi gücümüz bizə imkan verir ki, Dağlıq Qarabağ məsələsini hərbi yolla həll edək" "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllinə çox çalışırıq. Biz çox istəyirik ki, məsələ tezliklə həllini tapsın". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev söylədi. „
Azərbaycan prezidenti: "İqtisadi və hərbi gücümüz bizə imkan verir ki, Dağlıq Qarabağ məsələsini hərbi yolla həll edək" "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllinə çox çalışırıq. Biz çox istəyirik ki, məsələ tezliklə həllini tapsın". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev söylədi.
 
Məsələnin beynəlxalq hüquq normaları əsasında həllini tapmalı olduğunu qeyd edən dövlət başçısı vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, erməni işğalçıları işğal edilmiş bütün torpaqlardan çıxarılmalı, vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar: "Məsələnin həlli üçün əsas prinsiplər bunlardır. Azərbaycan bu prinsipial mövqeyindən bir addım geri atmayacaq. Biz bütün imkanlarımızı səfərbər edib məsələnin tezliklə ədalətli, Azərbaycanın maraqlarına və beynəlxalq normalara uyğun şəkildə həllinə çalışacağıq".
 
Prezident 2009-cu ilin də münaqişənin həlli baxımından həlledici il olmadığına təəssüf edir: "Halbuki Dağlıq Qarabağ məsələsinin həlli üçün 2009-cu ilə böyük ümidlər bəslənirdi. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə biz nəticəyə gələ bilməmişik. Bununla bərabər, bu gün məsələ ilə məşğul olan bütün tərəflər problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyir. O cümlədən Ermənistan tərəfi də məcbur olub, məsələnin ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan siyasi sənədə qol çəkib".
 
Dövlət başçısı bildirib ki, məsələni həll etmək üçün Azərbaycan güclü olmalıdır: "Biz güclü dövlət qurmalıyıq və bunu edirik. Güclü ordu qurmalıyıq. Azərbaycanda ordu quruculuğu da çox sürətlə gedir. Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsində bütün parametrlər üzrə aparıcı ölkədir. Bunu biz də bilirik, bütün beynəlxalq aləm də... Bütün bölgədə iqtisadi tənəzzül yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişafdadır. İnfrastruktur layihələri, sosial məsələlərin həlli, şəhərlərimizin abadlaşması, ordu quruculuğu - Azərbaycan Ermənistanı bütün istiqamətlər üzrə bir neçə dəfə qabaqlayır. Ermənistanla Azərbaycan arasında həm iqtisadi, həm bütün başqa sahələrdə yaranmış məsafə, uçurum daha da böyüyür, dərinləşir. Əlbəttə, bu gün iqtisadi və hərbi gücümüz bizə imkan verir ki, məsələni hərbi yolla həll edək. Ancaq biz istəyirik ki, müharibə olmasın. Biz istəyirik ki, bundan sonra şəhidlər verilməsin. Biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Amma bununla bərabər, hər an Azərbaycan ordusu və Azərbaycan cəmiyyəti hazır olmalıdır ki, torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək".

Bu sitede yer alan bilgiler www.IGDIRLI.com adresi kaynak gösterilmeden kullanılamaz. Tüm hakları Telif Hakları Yasası'nca korunmaktadır. Yazıların sorumluluğu yazarlarına aittir.
Igdir Reklam verin
geri
geri
Araçlar
Copyright © 2010 Iğdırlı Medya Grubu Tüm hakları saklıdır.
IĞDIRLI.COM Yerel Haber, Analiz, Fotoğraf ve Video Portalı.