Azerbaycan Haberleri
ALİ AHMEDOV: ABŞ Kongresində sahte meselenin müzakireye çıkarılması ne hakikat, ne de adalete uygun gelir
05 Mart 2010 Cuma 16:29                         275 kez okundu.
“ Yeni Azerbaycan Partisinin başkan yardımcısı -İcra katibi, Milli Meclisin Milletvekili Ali Ahmedov “Teessüf doğuran haldır ki, ABŞ Kongresinin üyeleri, tarihte hakiki izleri olmayan meseleye-uydurma “Ermeni soykırımına” bu kadar önem verir. Benim fikrimce, aslında bu fakt, tarihin sahteleştirilmesine destek gibi görülmelidir”. „

Ahmedov,  yap.org.az  internet sitesine yaptığı  açıklamasında tarihin sahteleştirilmesine ABŞ Kongresi tarafından bu şəkilde destek verilmesi aslında, bundan sonra da, bu istikamete sahteleştirme işlerine kimleri ise heveslendirebilir. Diğer taraftan böyle bir senedin kabul olunması yahut bu istikamette cehdlərin gösterilmesi açık tazyik məqsədi güdür.

“Saxta məsələnin müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlir. Əgər ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma məsələ ilə əlaqədar qərar qəbul edəcəksə, bu, ABŞ-ın dostlarını və tərəfdaşlarını itirməyə hazır olduğunu sübuta yetirəcək” deyən YAP-ın Sədr müavini ABŞ və Türkiyənin dost və tərəfdaş münasibətlərində olduqlarını dəfələrlə bəyan etdiklərini xatırladıb.

“ABŞ Kongresi tərəfindən “qondarma erməni soyqırımı” ilə əlaqədar sənədin qəbul olunması nə qədər Türkiyəyə qarşı çevrilmiş addımdırsa, ondan heç də az olmayan dərəcədə Azərbaycana qarşı çevrilmiş addımdır. Azərbaycanın dostuna qarşı olan qərar, həm də Azərbaycana qarşı yönəlmiş qərardır” deyə o, vurğulayıb.

YAP-ın Sədr müavini bildirib ki, həmin qətnamə ABŞ-ın müəyyən maraqları ilə bağlıdır. Onun sözlərinə görə, indiki halda məsələnin gündəmə gəlməsi Amerikanın ssenarisi əsasında həyata keçirilməsi planlaşdırılan Ermənistan-Türkiyə sərhədlərinin açılmasına dəstək verilməsilə əlaqədardır. Əli Əhmədov qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında həm münasibətlərin yaxşılaşması, həm də sərhədlərin açılmasının hamı üçün aydın görünən mexanizmləri var. “Ermənistanla Türkiyə arasında sərhədlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz olaraq bağlanıb. Deməli, sərhədlərin açılması üçün həlledici şərt Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsidir. Bu, problemin həlli üçün yeganə mümkün variantdır. Əgər ABŞ bu şərtlər kənarında Ermənistanla Türkiyənin sərhədlərinin açılmasına nail olmaq üçün hətta qondarma “erməni soyqırımı” haqqında qətnamə qəbul etmək niyyətinə düşürsə, hesab edirəm ki, bu, birbaşa ABŞ-ın Minsk qrupunun həmsədri kimi öz üzərinə götürdüyü missiyaya da, ən azı, hörmətsizliyin ifadəsidir. Minsk qrupunun həmsədri kimi münaqişənin nizama salınması vəzifəsini öz üzərinə götürmüş ABŞ maraqlı olmalıdır ki, bu münaqişənin həllinə kömək edə biləcək istənilən addımı dəstəkləsin. Biz isə həqiqətdə bunu görmürük, əksinə münaqişənin nizama salınmasına kömək edə biləcək addıma qarşı yönəlmiş davranışın şahidi oluruq. Hesab edirəm ki, bu hərəkət nə vasitəçilik məntiqinə, nə də ədalət və həqiqət məntiqinə sığır. Güman edirəm ki, ABŞ-da sağlam düşüncəli insanların mövqeyi üstün gələcək və uydurma “erməni soyqırımı” haqqında qətnamənin qəbul olunması baş tutmayacaq” deyə Əli Əhmədov vurğulayıb.


Bu sitede yer alan bilgiler www.IGDIRLI.com adresi kaynak gösterilmeden kullanılamaz. Tüm hakları Telif Hakları Yasası'nca korunmaktadır. Yazıların sorumluluğu yazarlarına aittir.
Igdir Reklam verin
geri
geri
Araçlar
Copyright © 2010 Iğdırlı Medya Grubu Tüm hakları saklıdır.
IĞDIRLI.COM Yerel Haber, Analiz, Fotoğraf ve Video Portalı.