Azerbaycan Haberleri
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin 2009-cu İldə Fəaliyyəti Mətbuat Konfransı
29 Aralık 2009 Salı 17:47                         1144 kez okundu.
“ Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev rəhbərlik etdiyi mərkəzin ötən bir ildə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Elxan Nuriyev ötən il ərzində mərkəzin əsasən üç istiqamətdə fəaliyyət göstərdiyini bildirib: „
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev rəhbərlik etdiyi mərkəzin ötən bir ildə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Elxan Nuriyev ötən il ərzində mərkəzin əsasən üç istiqamətdə fəaliyyət göstərdiyini bildirib: “Bunlar xarici siyasətin strateji aspektlərinin tədqiqi və analizi, avrointeqrasiya problemlərinin tədqiqi, modernləşən Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi proseslər və enerji təhlükəsizliyi sahələridir. Ötən il “Azərbaycan Fokus” jurnalının ilk nömrəsi Azərbaycan və ingilis dillərində nəşr olunub, hazırda jurnalın ikinci nömrəsi üzərində iş gedir. Bu il həmçinin “Strateji Araşdırmalar Mərkəzinin şərhləri” məcmuəsinin ilk nömrəsi işıq üzü görüb. Məcmuədə bu ilin sonunda qüvvəyə minəcək Lissabon müqaviləsi geniş şəkildə şərh olunur”.
 
Elxan Nuriyev 2010-cu ildə tanınmış amerikalı politoloq Zbiqnev Bzejinskinin “İkinci şans” əsərinin təqdimatının keçiriləcəyini bildirib. Əsər Azərbaycan dilinə Strateji Araşdırmalar Mərkəzində tərcümə olunub. Mərkəzi rəhbəri rəhbərlik etdiyi qurumda xarici ekspertlər və səfirlərlə görüşlərin gələn il də davam etdiriləcəyini bildirib.
 
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 2009-cu ildə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. APA

Bu sitede yer alan bilgiler www.IGDIRLI.com adresi kaynak gösterilmeden kullanılamaz. Tüm hakları Telif Hakları Yasası'nca korunmaktadır. Yazıların sorumluluğu yazarlarına aittir.
Igdir Reklam verin
geri
geri
Araçlar
Copyright © 2012 Iğdırlı Medya Grubu Tüm hakları saklıdır.
IĞDIRLI.COM Yerel Haber, Analiz, Fotoğraf ve Video Portalı.